"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Ağdamın mədəni irsi gənclərin gözü ilə” layihəsi başa çatıb

--2019-03-01 / 05:10

“Gələcək və inkişaf” Gənclər ictimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ağdamın mədəni irsi gənclərin gözü ilə” layihəsi başa çatıb.

AZəRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən tədbirlərdə rayon icra hakimiyyətinin əməkdaşları, “Gələcək və inkişaf” Gənclər ictimai Birliyinin rəhbərliyi, Gənclər Fondunun və rayon Gənclər və idman idarəsinin nümayəndələri, gənclər iştirak ediblər.

Çıxışlarda bildirilib ki, layihə Ağdam rayonunun mədəni irsi və tarixi abidələrinin təbliğinə yönəlib. Layihənin əsas məqsədi rayon ərazisindəki qədim tarixə malik memarlıq və incəsənət abidələrinin tanıdılması, ermənilərin Ağdamda olan mədəniyyət abidələrinin, toponimlərin saxtalaşdırılması və təbii sərvətlərimizin istismarına dair faktları region sakinlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

Tədbirlərdə layihə çərçivəsində çəkilən “Ağdamın mədəni irsi gənclərin gözü ilə” adlı sənədli film də nümayiş etdirilib.

https://azertag.az/xeber/1252451

ŞƏRHLƏR